Ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
6 İyul 2026 17:06   Paylaş

Milli Hidrometeorologiya Xidməti iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol