Ölkə ərazisində bəzi yerlərdə sulu qar və qar yağır – Faktiki hava
Saat 11:00-a olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar və qar müşahidə olunur.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi bölgələrdə yağıntı intensiv xarakter daşıyır.
Yağan qarın hündürlüyü: Əlibəy (Zaqatala) və Lerikdə 39 sm, Şahbuzda 35 sm, Kəlbəcərdə 32 sm, Sarıbaşda (Qax) 30 sm, Laçın və Qubadlıda 23 sm, Yardımlıda 20 sm, Kişçayda (Şəki) 19 sm, Xızıda 18 sm, Xaltanda 16 sm, Qrızda 15 sm, Şuşada 13 sm, Şamaxı, Qobustan və Lazada (Qusar) 12 sm, Xınalıqda 10 sm, Xankəndidə 9 sm, Şahdağda 7 sm, Qubada 6 sm, İsmayıllı və Xocalıda 5 sm, Ceyrançöl və Sədərəkdə 4 sm, Füzulidə 3 sm, Qəbələ və Gədəbəydə 1 sm-dir.
Düşən yağıntının miqdarı isə Cəlilabadda 38 mm, Astarada 37 mm, Lənkəranda 32 mm, Neftçala və Cəbrayılda 16 mm, Beyləqan və Yevlaxda 14 mm, Mingəçevirdə 13 mm, Ağdam və Tərtərdə 12 mm, İmişli və Zərdabda 10 mm, Xaçmaz və Balakəndə 9 mm, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdədə 8 mm, Oğuz və Naftalanda 7 mm, Kürdəmir, Biləsuvar və Şərurda 6 mm, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5 mm, Şəmkirdə 4 mm, Goranboy, Tovuz və Göyçayda 3 mm, Şəmkir və Şirvanda 2 mm, Daşkəsən və Naxçıvanda 1 mm-dir.
Bir sıra ərazilərdə qərb küləyi əsir; Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Biləsuvarda isə 16 m/s sürətində güclənir.
Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar və Göyçayda duman var, görünüş məsafəsi 500 metrədək azalır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°C, Aran rayonlarında 3°C, Naxçıvan MR-da 10°C, dağlıq rayonlarda isə 12°C şaxta qeydə alınıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




