Olimpiya və dünya çempionları Şuşada gənclərlə görüşüb
Olimpiya və dünya çempionları Şuşa şəhərinə səfər edib. Bu səfər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşıb və beynəlxalq yarışlarda Azərbaycanı yüksək nailiyyətlərlə təmsil etmiş güləşçiləri əhatə edib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov ilə MOK-un və Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayev, dünya və Avropa çempionu Rafiq Hüseynov və Güləş Federasiyasının baş katibi Pərvin Piriyev arasında görüş keçirilib.
Görüş zamanı icraçı direktor güləşçilərə ölkəmizi təmsil etdikləri uğurlar, göstərdikləri əzmkarlıq və qazandıqları nailiyyətlər üçün təşəkkürünü bildirib.
Səfər çərçivəsində idmançılar Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə də görüşüblər. Onlar çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə şagirdlərlə söhbət edib, suallarını cavablandırıblar.
Görüşün sonunda məktəbin direktoru Səbinə Gözəlova idmançıları qədim ənənələrə malik bu tədris ocağı ilə yaxından tanış edib.
Daha sonra güləşçilər Xankəndi şəhərində Qarabağ Universitetini ziyarət ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




