Nyu-Yorkun şimalında kilsədə partlayış baş verib
18 Fevral 2026 09:32   Paylaş

ABŞ-nin Nyu-York ştatının şimal hissəsində yerləşən kilsədə partlayış baş verib. Hadisə nəticəsində azı beş nəfər yaralanıb.

"Stabil.az" bu barədə "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir.

Hadisə nəticəsində rahib və hadisə yerinə gələn yanğınsöndürənlər də daxil olmaqla, beş nəfər xəsarət alıb.

"43 yaşlı rahib Brendon Pitts və Bunvill yanğından mühafizə xidmətinin dörd əməkdaşı müxtəlif xəsarətlərlə yerli xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, beş nəfərin vəziyyəti kritik, lakin stabildir", - deyə nəşr bildirib.

Polis partlayışla bağlı ilkin kriminal fəaliyyət əlamətlərinin olmadığını bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol