Nyu-Yorkda Heydər Əliyevin 103 illiyinə həsr olunan şahmat turniri keçirilib
12 May 2026 09:37   Paylaş

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən Nyu-York Açıq Sürətli Şahmat Turnirində iştirak edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən turnir 40-dan çox şahmatçını bir araya gətirdi və qaliblərə kubokların təqdim edilməsi mərasimi ilə başa çatdı", - deyə məlumatda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol