NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə dəstək verib
ABŞ ordusu may ayında Hörmüz boğazından keçən 100-dən çox ticarət gəmisinin hərəkətinin əlaqələndirilməsində iştirak edib.
"Stabil.az" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, ABŞ və İranın münaqişəyə son qoymaq üçün apardığı danışıqlar dalana dirəndiyindən, bu su yolundan keçmək gəmilər üçün təhlükəli olaraq qalır.
"The New York Times" qəzeti əvvəllər ABŞ Mərkəzi Komandanlığının boğazdan keçməkdə 70 gəmiyə kömək etdiyini bildirmişdi. Qəzetin məlumatına görə, onların əksəriyyəti keçid zamanı transponderlərini söndürüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





