Nvidia süni intellekt infrastrukturu üçün 500 milyard dollarlıq maliyyə paketi hazırlayır
ABŞ-nin iri investisiya şirkətləri süni intellekt infrastrukturunun inkişafına 500 milyard dollar cəlb etmək üçün Nvidia ilə tərəfdaşlıq sazişi imzalamağa yaxındır.
"Stabil.az" bu barədə Bloomberg-ə istinadən məlumat yayıb.
Nvidia ilə investisiya imkanlarını müzakirə edən şirkətlər arasında Apollo Global Management Inc., Blackstone Inc., BlackRock Inc., Brookfield Asset Management, Goldman Sachs Group Inc. və KKR & Co. yer alır.
Məlumata görə, bu tərəfdaşlıq Nvidia-nın həm öz ehtiyacları, həm də müştəriləri üçün kapital cəlb etmək səylərinin bir hissəsidir. Əldə olunacaq vəsaitin süni intellekt çiplərinin istehsalının, enerji güclərinin və məlumat mərkəzlərinin genişləndirilməsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
Nvidia indiyədək süni intellekt ekosistemində fəaliyyət göstərən şirkətlərlə ümumi dəyəri yüz milyardlarla dollar olan sövdələşmələrə imza atıb. Bu vəziyyət bəzi investorlar arasında narahatlıq doğurub. Onların fikrincə, bu cür razılaşmaların dövri xarakter daşıması Nvidia-ya sektorda həm tələbi, həm də şirkətlərin qiymətləndirilməsini süni şəkildə artırmağa imkan verə bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





