Nuukda Fransanın baş konsulluğu açıldı
Fransa Nuukda baş konsulluq açaraq Qrenlandiyada bu səviyyədə diplomatik nümayəndəlik açan ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub
“Stabil.az” xəbər verir ki, məlumatı Fransanın Avropa və Xarici İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, baş konsul Jan-Noel Puari vəzifəsinin icrasına başlayıb. Konsulluğun açılması Fransanın konsulluq şəbəkəsini gücləndirmək və Arktika regionunda mövcudluğunu genişləndirmək strategiyasının tərkib hissəsidir.
Yeni baş konsul fransız icması ilə əməkdaşlığı davam etdirmək, eləcə də Qrenlandiya ilə mədəni, elmi və iqtisadi sahələrdə layihələri inkişaf etdirmək vəzifəsini daşıyır. Bundan əlavə, Fransa tərəfi yerli hakimiyyət orqanları ilə siyasi əlaqələri də gücləndirməyi planlaşdırır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





