Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Xocavənd şəhərinə növbəti köç prosesi həyata keçirilib və yola salınan ailələr doğma yurdlarına qovuşublar.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhəri 57 ailə olmaqla, 206 nəfərə qucaq açıb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





