Norveç müdafiə qabiliyyətini gücləndirir: 2 milyard dollarlıq plan
27 Yanvar 2026 22:34   28 Jan 2026 01:34 Paylaş

Norveç parlamenti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 2 milyard dollarlıq uzaqmənzilli artilleriya sistemlərinin alınması planını təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, bu addım NATO üzvü olan ölkənin Arktikada, Rusiyaya həmsərhəd bölgələrdə öz müdafiə qabiliyyətini artırmaq məqsədini güdür.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqi və Rusiyanın Ukraynaya hücumu səbəbindən Avropa ölkələri hazırda müdafiə xərclərini artırır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol