Norveç dənizlərində balıq ehtiyatları son on ildə yarıbayarı azalıb
5 Fevral 2026 14:11   05 Feb 2026 14:28 Paylaş

Norveçin dəniz ərazilərində balıq ehtiyatları son on-on iki ildə təxminən iki dəfə azalıb.

"Stabil.az" xəbər verir ki, Norveç Dəniz Tədqiqatları İnstitutunun məlumatına görə, ümumi balıq biokütləsi 2013-cü ildə 35 milyon ton olsa da, 2025-ci ildə 17 milyon tona düşüb. Şimal, Norveç və Barens dənizlərində 46 balıq növü, o cümlədən treska, pişik balığı, sayda, siyənək və skumbriya kritik vəziyyətdədir.

Mütəxəssislər vəziyyəti ciddi və həyəcanverici adlandırır. Onlar iqlim dəyişikliyi və intensiv sənaye balıqçılığını balıq ehtiyatlarının azalmasının əsas səbəbləri kimi göstərirlər. Son 40 ildə bölgənin yuxarı 200 metrliyində dəniz suyunun temperaturu davamlı olaraq yüksəlir və son illərdə normadan 0,5–2,5 dərəcə artıq olub. Balıqçılıq kvotalarının azaldılmasına baxmayaraq, hələ də onların həcmı Norveç Dəniz Tədqiqatları İnstitutunun tövsiyələrini üstələyir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol