Norveç bu il Ukraynaya 9 milyard dollar yardım ayıracaq
24 Fevral 2026 15:39   Paylaş

Norveç hökuməti 2026-cı il üçün Ukraynanın dəstəklənməsinə 85 milyard Norveç kronu (təxminən 8,9 milyard dollar) həcmində maliyyə vəsaiti ayıracağını açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Bu məbləğin 70 milyard kronu hərbi yardıma, 15 milyard kronu isə vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəldiləcək.

Hərbi dəstək sahəsində dronlar, hava hücumundan müdafiə və artilleriya sursatları diqqət mərkəzində olacaq.

Belə ki, dronlara 12 milyard krondan çox, hava hücumundan müdafiəyə və "F-16" qırıcılarına təxminən 9 milyard kron, dəniz təhlükəsizliyinə təxminən 6 milyard kron, beynəlxalq əməkdaşlıq mexanizmlərinə və strateji layihələrə 8 milyard krondan çox vəsait ayrılır.

Bundan başqa, 2025-ci ildə ayrılmış 11,5 milyard kron bu il hərbi ehtiyaclar üçün istifadə olunacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol