Nikolas Cekson "Aston Villa"nın transfer hədəfindədir
İngiltərə təmsilçisi "Aston Villa" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etməyi planlaşdırır.
"Stabil.az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, Birmingem təmsilçisi seneqallı futbolçunun transferi ilə bağlı "zadəganlar"la danışıqlara başlayıb.
Bildirilir ki, "Aston Villa"nın baş məşqçisi Unai Emeri Nikolas Ceksonu hələ "Vilyarreal"dakı birgə fəaliyyətləri dövründən yüksək qiymətləndirir və futbolçunu komandasında görmək istəyir.
25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Almaniyanın "Bavariya" klubunda keçirib. "Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Nikolas Cekson 2026-cı il dünya çempionatında Seneqal millisinin heyətində 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





