Nikol Paşinyan Əli Xameneinin anım mərasimi üçün Tehrana gedəcək
30 İyun 2026 17:13   Paylaş

Ermənistanın Baş naziri Nikol Paşinyanın İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edəcəyi bildirilib.

"Stabil.az"ın xəbərinə görə, bu barədə ermənilərin İran parlamentindəki nümayəndəsi Ara Şahverdiyan ISNA-ya bildirib.

O, Ermənistan Baş nazirinin vida mərasimində iştirak etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, İranın daxili işlər nazirinin müavini Əli Əkbər Purcəmşidiyan bu gün keçirdiyi mətbuat konfransında çoxsaylı islam və qeyri-islam ölkələrinin dövlət başçılarının, eləcə də İranın qonşu ölkələrinin mərasimdə iştirak etmək istədiklərini açıqlayıb.

Onun sözlərinə görə, 30-dan çox ölkə mərasimdə iştirak etmək üçün müraciət edib.

Purcəmşidiyanın sözlərinə görə, son məlumata əsasən, 90-dan çox ölkədən dini liderlər, müxtəlif məzhəblərin nümayəndələri və alimlər mərasimdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

O əlavə edib ki, cümə günü Tehranda müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri, din və məzhəb nümayəndələrinin iştirakı ilə rəsmi ehtiram mərasimi keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol