Nigeriyada təhlükəsizlik əməliyyatlarında 18 silahlı şəxs zərərsizləşdirilib
Nigeriyada keçirilən əməliyyatlar zamanı qeyri-qanuni silahlı qruplaşmaların 18 üzvü məhv edilib və 37 nəfər şübhəli şəxs qismində saxlanılıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Nigeriya ordusunun bəyanatında qeyd olunur.
Vurğulanır ki, son 24 saat ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 18 terrorçu zərərsizləşdirilib, 37 şübhəli saxlanılıb, həmçinin çoxlu sayda silah və logistik avadanlıq ələ keçirilib. Bir neçə ştatı əhatə edən bu əməliyyatlar zamanı 9 nəfər girovluqdan azad edilib.
Nigeriya ölkənin qərb bölgələrində “əl-Qaidə” və “İŞİD” ilə əlaqəli terror qruplarının hücumlarından, eləcə də cənub-şərqdə “Boko Haram” və İŞİD qruplaşmalarının fəaliyyətindən əziyyət çəkir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





