“Nəvahi” və “Şəfəq” yarımstansiyalarına əlavə 12 milyon manat ayrıldı
“Azərenerji” “Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisində əlavə işlərə 11.6 milyon manata yaxın vəsait ayırdı.
"Stabil.az" xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) “Nəvahi” və “Şəfəq” yarımstansiyalarının (YS) tikintisi üzrə əlavə işlərin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Əlavə tikinti-quraşdırma işlərinin icrası “Electro İndustries” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.
Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 11 592 909 manat təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





