Netanyahu “Mossad” rəhbərliyini Roman Qofmana həvalə edib
13 Aprel 2026 10:24   Paylaş

İsrailin Baş naziri Benjamin Netanyahu hərbi katibi general-mayor Roman Qofmanın Mossad rəhbəri təyin olunmasını təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Bildirilib ki, R. Qofman iyunun 2-də "Mossad" direktoru kimi beş illik vəzifəsinin icrasına başlayacaq.

Netanyahu Qofmanın təyinatı haqqında rəsmi məktub imzalayıb.

Belarusda anadan olan Qofman 1990-cı ildə 14 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. Hərbi karyerası ərzində o, döyüş bölmələrindən getməzdən əvvəl İsrail Müdafiə Ordusunun zirehli tank qoşunlarında xidmətdə irəliləyərək diviziya komandiri olub.

Qeyd edək ki, onun təyinatı 2025-ci ilin 4 dekabrından gündəmdədir və o, beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol