Netanyahu: İsrail “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək
9 Aprel 2026 14:37   Paylaş

İsrail Müdafiə Ordusunun “Hizbullah”a qarşı istənilən istiqamətdə əməliyyatları davam edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mesajımız aydındır: İsrailin mülki vətəndaşlarına qarşı hərəkət edən hər kəs hədəf olacaq. Sakinlərin tam təhlükəsizliyini bərpa edənə qədər biz lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcəyik", - o bidirib.

Baş nazir, həmçinin əlavə edib ki, İsrail ordusu ötən gecə Livanın cənubundakı bir sıra infrastruktur obyektlərinə, keçid məntəqələrinə, habelə "Hizbullah"ın silah anbarlarına və komanda mərkəzlərinə zərbələr endirib.

"Biz "Hizbullah"a qətiyyətlə zərbələr endirməkdə davam edirik", - o əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol