Netanyahu: “Hizbullah”a qarşı əməliyyatlar davam edəcək
11 May 2026 11:58   Paylaş

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranla mümkün razılaşma çərçivəsində Livanda “Hizbullah”a qarşı əməliyyatların dayandırılmasına razı olmayacaqlar.

"Stabil.az"ın məlumatına görə, o, bu barədə "CBS News" telekanalına müsahibədə bildirib.

Mümkün razılaşma ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, İsrail "Hizbullah"a qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. Lakin o, İsrailin ABŞ Prezidenti Donald Trampın belə bir tələbini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.

Baş nazir həmçinin İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya ölkədə hökumət dəyişikliyinin onun müttəfiqləri olan "Hizbullah", HƏMAS və "Ənsar Allah" hərəkatının husilərini zəiflədəcəyi fikrini bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol