Nepalın qərbində avtobus qəzası: 8 nəfər hadisə yerində ölüb
Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla azı 13 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
"Stabil.az" xəbər verir ki, “Katmandu Post” qəzetinin məlumatına görə, səkkiz nəfər hadisə yerində həyatını itirib. Təcili yardım xidmətləri 45 nəfəri xilas edərək xəstəxanalara çatdırıb. Lakin ağır yaralananlardan beşi xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, avtobusda olan bir neçə sərnişinin vəziyyəti ağır olaraq qalır. Polis bildirib ki, yeni evlənən cütlük ayrı nəqliyyat vasitəsində hərəkət etdiyindən xəsarət almayıb.
İlkin araşdırmalara əsasən, qəza avtobusun həddindən artıq yüklənməsi və dağa qalxarkən pnevmatik sistemdəki borunun partlaması nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





