Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində 10 nəfər həlak olub
Nepalın mərkəzi Rameçhap rayonunda sərnişin avtobusunun Tamakoşi çayına düşməsi nəticəsində 10 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
"Stabil.az" xəbər verir ki, bu məlumat Çinin Sinxua agentliyi tərəfindən yayımlanıb. Avtobus Katmandudan hərəkət edərkən magistral yoldan çıxaraq çaya düşüb. Hazırda təhlükəsizlik qüvvələri və yerli sakinlərin birgə iştirakı ilə xilasetmə əməliyyatları davam edir.
Polis qəza zamanı avtobusda olan sərnişinlərin dəqiq sayını hələ müəyyən edə bilməyib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





