"Neftçi"nin 3x3 basketbol komandası Manilada Dünya Seriyasına qələbə ilə başladı
Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələ yarışlarında mübarizə aparan "Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası turnirdəki ilk oyununu qalibiyyətlə başa vurub.
"Stabil.az" xəbər verir ki, "ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.
"Neftçi" bu gün Çin millisi ilə də üz-üzə gələcək.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





