"Neftçi" bu gün Konfrans Liqasında cavab oyununa çıxacaq
"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti qarşılaşmasına çıxacaq.
"Stabil.az" xəbər verir ki, Bakı klubu Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olacaq.
Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Matçı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
İlk matç rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





