“Neftçi” basketbol komandası Dünya Seriyasında ilk oyununa çıxır
Bu gün “Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Dünya Seriyası çərçivəsində ilk qarşılaşmasına çıxacaq.
"Stabil.az" xəbər verir ki, Bakı təmsilçisi Çinin Şanxay şəhərində Tailandla üz-üzə gələcək.
Azərbaycan təmsilçisi ikinci görüşündə isə Niderlandın "Amsterdam" komandası ilə qarşılaşacaq.
Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





