Neft bazarında gərginlik: Yaxın Şərq böhranının qlobal təsirləri
Yaxın Şərqdə regionunda gərgin və proseslərin nə ilə nəticələnəcəyi ilə bağlı naməlumluq fonunda qlobal enerji bazarlarında qiymət dəyişiklikləri qeydə alınır. Bu proses çərçivəsində bir sıra ölkələr daxili bazarda balansı qorumaq və enerji təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər görməyə vadar olub.
"Stabil.az"ın məlumatına görə, hazırda Yaxın Şərq ölkələri regionda münaqişənin gərginləşməsi fonunda neft bazarındakı vəziyyəti tənzimləməyə çalışırlar. Dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının faktiki bağlanması neft anbarlarının dolmasına səbəb olub və bu da ölkələri hasilat və emal həcmlərini azaltmağa məcbur edib.
Regionun dörd ölkəsi - İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı sözügedən böhran fonunda neft hasilatını ümumilikdə gündə 6,7 milyon barel azaldıblar.
“Bloomberg” agentliyi yazır ki, bu addım ölkələrin ümumi istehsal həcmini də təxminən üçdəbir azaltması deməkdir və nəticədə dünya üzrə neft tədarükü 6% azalıb.

Belə ki, İraq neft hasilatını gündə 2,9 milyon barel, Səudiyyə Ərəbistanı 2-2,5 milyon barel, BƏƏ 500-800 min barel, Küveyt isə təxminən 500 min barel azaldıb. Agentliyin hesablamalarına görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdə ixtisarlar fevral ayındakı istehsal səviyyəsinin təxminən 20-25%-ni təşkil edir. Ən böyük azalma İraqda qeydə alınsa da, agentlik bununla bağlı dəqiq rəqəmlər təqdim etməyib.
Lakin bu tədbirləri görən yalnız Yaxın Şərq ölkələri deyil. Belə ki, regiondakı müharibə səbəbindən dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin artması fonunda Macarıstan hökuməti neftin və bəzi neft məhsullarının ixracına qadağa tətbiq et. Ölkənin iqtisadiyyat naziri Marton Nadın sözlərinə görə, hökumət bu qərarı macar vətəndaşlarının maraqlarını qorumaq məqsədilə qəbul edib.
Nazir qeyd edib ki, bundan əvvəl benzin və dizel yanacağı üçün qiymət tavanı tətbiq olunduğu elan edilmişdi. “Bundan əlavə, hökumət xam neftin, 95 markalı benzinin və dizel yanacağının ixracına qadağa qoyur və bu məhsulların qanunsuz ticarətinə qarşı ən sərt tədbirləri görəcək”, - deyə Nadın bəyanatında bildirilir.
Lakin Yaxın Şərqdəki müharibədən əlavə, bu tədbirlərin tətbiqinin mühüm səbəblərindən biri də Ukraynanın Macarıstana qarşı tətbiq etdiyi neft blokadasıdır. Yanvarın 27-dən etibarən Rusiyadan gələn “Drujba” neft boru kəməri ilə Macarıstanın neft emalı zavodlarına neft çatdırılmır.
Bununla əlaqədar Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya xammalının Adriatik boru kəməri ilə tranzitinə icazə verilməsini xahiş ediblər. Budapeşt isə cavab tədbiri olaraq Kiyevin Avropa İttifaqından almalı olduğu 90 milyard avroluq “hərbi kreditin” qarşısını alıb.
Moldova hakimiyyəti də Yaxın Şərq böhranı səbəbindən qiymətlərin qlobal artımı fonunda 90 günlük idxala bərabər strateji neft məhsulları ehtiyatı yaratmağı planlaşdırır. Bu barədə ölkənin Energetika Nazirliyi ictimai müzakirə üçün təqdim edilmiş qanun layihəsinə istinadən məlumat yayıb.
“90 günlük yanacaq ehtiyatı standartı Beynəlxalq Enerji Agentliyinin tövsiyələrinə uyğundur və 1973 və 1979-cu illərin ən böyük dünya neft böhranlarından sonra tətbiq edilib. Layihəyə əsasən, ehtiyatlar dövlət və neft məhsulları idxal edən şirkətlər tərəfindən bərabər - hər biri 50% olmaqla təmin ediləcək. Ümumi ehtiyatın ən azı 60%-i ölkə daxilində fiziki olaraq saxlanılmalı, qalan hissə isə xaricdə saxlanıla bilər”, - məlumatda deyilir.
Bu qərar əsas olaraq dizel yanacağı, benzin və aviasiya yanacağına şamil ediləcək.
Eyni zamanda, qanun layihəsində ehtiyatların istifadə mexanizmləri də göstərilib: onlar yalnız tədarük böhranı zamanı və hakimiyyət orqanları neft məhsulları sektorunda fövqəladə vəziyyət elan etdikdə bazara çıxarılacaq.

Hazırda Moldovada neft məhsullarının mövcud ehtiyatları daxili istehlakı 21-30 gün ərzində təmin edir.
Onu da qeyd edək ki, martın 4-də Moldova hökuməti ölkənin enerji təhlükəsizliyini qorumaq məqsədilə enerji sektorunda 60 günlük yüksək hazırlıq rejimi elan edib. Xüsusilə, Moldovadan neft məhsullarının ixracı məhdudlaşdırılıb və pik saatlarda ölkə daxilində elektrik enerjisinin prioritet istifadəsi üçün tədbirlər görülüb.
Bu qərar Yaxın Şərqdəki böhran fonunda ölkənin enerji resursları ilə təminatında risklərin təhlilindən sonra qəbul edilib.
Martın 10-da isə Moldova Xarici İşlər Nazirliyi Kişinyovun Azərbaycandan neft məhsulları idxalı imkanını və birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirdiyini bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




