Nazirlər Kabinetinin qərarı ilə İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası yenilənib
31 Mart 2026 15:57   Paylaş

Nazirlər Kabineti 1 may 2000-ci ildə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası” üzərində dəyişikliklər edib.

"Stabil.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5 000 manatdan az olan daşınar əmlakın "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrənilirdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol