Nazir müavini: Son üç ildə Azərbaycana səfər edən Afrika liderlərinin sayı artıb
Son üç il ərzində Azərbaycana həm ikitərəfli səfərlər, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində gələn Afrika liderlərinin sayı əhəmiyyətli dərəcədə artıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.
O bildirib ki, bu siyahıya Somali, Keniya, Misir, Ruanda, Anqola, Qana, Qvineya-Bisau, Mavritaniya, Zimbabve, Komor adaları, Madaqaskar, Esvatini, Mavriki və Mərkəzi Afrika Respublikasının prezidentləri, eləcə də Cənubi Afrika regionu ölkələrinin hökumət başçıları daxildir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





