Nazir: İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur
11 Sentyabr 2026 14:20   11 Sep 2026 15:46 Paylaş

Enerji xətlərinin yenidən qurulması və strateji baxımdan gücləndirilməsi istiqamətində Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısı xüsusi strateji əhəmiyyət daşıyır.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Naxçıvanın elektrik enerjisi vasitəsilə Azərbaycanın vahid enerji sisteminə qoşulması layihəsi daha geniş regional perspektivlər yaradır.

Nazir bildirib ki, bu istiqamətdə Cəbrayılda zəruri enerji infrastrukturu yaradılıb.

“İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir. Gələcəkdə rəqabət üstünlüyü daha çox enerji istehsal edən deyil, enerji axınlarını səmərəli idarə edən və süni intellekt vasitəsilə enerjini əlavə dəyərə çevirən ölkələrdə olacaq. Bu baxımdan Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının süni intellekt və rəqəmsal transformasiya səviyyəsində inkişaf etdirilməsi zamanın tələbidir”, - deyə o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol