Nazir: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır
14 Sentyabr 2026 16:15   16 Sep 2026 00:41 Paylaş

Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Türkiyə əhəmiyyətli rol oynayır. Bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir.

"Stabil.az"AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

“2029-cu ilin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq”, - deyə Hakan Fidan bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol