Nazir: Azərbaycanın enerji siyasəti bütün enerji mənbələrinin balanslı inkişafına əsaslanır
Enerji təhlükəsizliyi ilə enerji keçidi arasında düzgün balansın qorunması Azərbaycanın enerji siyasətinin əsas prinsiplərindən biridir.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov OPEC+-un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, qlobal enerji keçidi ayrı-ayrı enerji mənbələrinin bir-birini əvəz etməsi deyil, bütün enerji növlərinin balanslı inkişafına əsaslanan siyasətlə həyata keçirilməlidir.
“Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə enerji keçidi arasında düzgün tarazlığın qorunmasına dair yanaşması bu baxımdan xüsusi aktuallıq daşıyır. Azərbaycan da enerji təhlükəsizliyini təmin etməklə yanaşı, bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması istiqamətində ardıcıl siyasət həyata keçirir”, - deyə o qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





