Nazir: Azərbaycan və Türkiyə vasitəsilə Avrasiyanın elektrik enerjisi bağlantılarının yaradılması istiqamətində imkanlar var
11 Sentyabr 2026 15:06   11 Sep 2026 15:53 Paylaş

Azərbaycan və Türkiyə vasitəsilə geniş regionun, o cümlədən Avrasiyanın elektrik enerjisi bağlantılarının yaradılması istiqamətində imkanlar mövcuddur.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında elektrik bağlantısı, Azərbaycan-Türkiyə-Bolqarıstan elektrik bağlantısı, həmçinin gələcəkdə digər istiqamətlər üzrə nəzərdə tutulan layihələr elektrik enerjisinin həm ikitərəfli, həm də regional səviyyədə inkişafına xidmət edəcək.

“Bu layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyənin enerji əməkdaşlığını yeni mərhələyə çıxarmaqla yanaşı, regionun elektrik enerjisi sistemlərinin inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır”,- deyə nazir qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol