Naxçıvanın xarici ticarət dövriyyəsində artım qeydə alınıb
21 Yanvar 2026 15:50   Paylaş

2025-ci ildə Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 130,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

"Stabil.az" bu barədə Naxçıvanın Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verib.

Bildirilib ki, bu göstərici 2024-cü ilə nisbətən 3,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 13,6 milyon ABŞ dolları ixracın, 116,5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 28,4 % azalıb, idxal isə 1,4 % artıb.

Nəticədə xarici ticarətdə 102,9 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 1,3 % azdır.

Qeyd edək ki, ötən il Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,3 dəfə azdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol