Naxçıvanın xarici ticarət dövriyyəsində 31 %-lik artım qeydə alınıb
13 Avqust 2026 15:50   Paylaş

Yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 90,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Stabil.az" bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən bildirib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 31,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 7,5 milyon ABŞ dolları ixracın, 82,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,1 %, idxal isə 34,9 % artıb.

Son nəticədə xarici ticarətdə 75,4 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə təxminən 40 % çoxdur.

Bundan başqa, 7 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 1,2 % çox - 869,6 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 447,8 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 421,8 milyon manatlıq qeyri-qida məhsulları satılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol