Naxçıvanın xarici ticarət dövriyyəsi 23 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 70,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Stabil.az" bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən bildirib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,4 %, idxal isə 23,4 % artıb.
Son nəticədə xarici ticarətdə 57,1 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 23,1 % çoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





