Naxçıvanın xarici ticarət dövriyyəsi 20 faizdən çox yüksəlib
11 İyun 2026 16:15   Paylaş

Bu ilin yanvar-may aylarını əhatə edən dövr ərzində Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının ümumi dəyəri 58,8 milyon ABŞ dolları təşkil edib.

"Stabil.az" bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən bildirib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 5,9 milyon ABŞ dolları ixracın, 52,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,3 %, idxal isə 20 % artıb.

Son nəticədə xarici ticarətdə 47 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 19,6 % çoxdur.

Bundan başqa, 5 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % çox - 616,3 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 318 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol