Naxçıvanda bank əmanətlərində yüksəliş qeydə alınıb
Bu il martın 1-nə olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında əhalinin banklardakı əmanətlərinin həcmi 40,7 milyon manat təşkil edib.
"Stabil.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Məlumata görə, bu, ötən il martın 1-nə nisbətən 45,4 % çoxdur.
Əmanətlərin 94 %-i milli, 6 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 46,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 34 % artıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





