Naxçıvan Milli Biznesin İnkişafı Forumuna ev sahibliyi edib
Naxçıvan şəhərində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə forum baş tutub.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, forum dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun təşviqi, sahibkarlıq mühitinin inkişafına dair aktual çağırışların müzakirəsi, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Forumda Muxtar Respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev və digər dövlət nümayəndələri iştirak ediblər.
Tədbirdə yerli İqtisadiyyat Nazirliyinin nümayəndələri "Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri" və "Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri" mövzularında təqdimatlar edib.
Daha sonra "Caspian Energy Club" üzvləri, eləcə də müxtəlif şirkət və qurumların nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumatlar veriblər, onları maraqlandıran sualları dövlət qurumlarının nümayəndələri cavablandırıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





