Naxçıvan III Qərbi Azərbaycana Qayıdış Festival-Konqresi keçiriləcək
İyunun 18–19-da Naxçıvan III Qərbi Azərbaycana Qayıdış Festival-Konqresinə ev sahibliyi edəcək.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, festival Zəngəzur dəhlizi üzərində yerləşən qədim və zəngin tarixə malik Ordubad şəhərində təşkil olunacaq.
Konqresdə alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irsimiz və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.
Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





