NATO Baş katibi: Arktikanı Rusiya və Çinin təsirindən qorumaq vacibdir
NATO-nun Baş Katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Arktika ilə bağlı fikirlərini dəstəkləyib.
"Stabil.az" xəbər verir ki, o, bunu Dünya İqtisadi Forumunda bildirib.
Mark Rutte vurğulayıb: “Düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı qorumalıyıq. Çin və Rusiya bu bölgədə fəaliyyətlərini artırırlar. Arktika ilə həmsərhəd olan 8 ölkədən 7-si NATO üzvüdür. NATO üzvü olmayan yeganə Arktika ölkəsi isə Rusiyadır. Həmçinin, 9-cu bir ölkə də var – Çin, və o, Arktikada getdikcə daha fəal olur. Buna görə də biz Arktikanı Rusiya və Çinin təsirindən qorumağa borcluyuq.”
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





