NATO Arktika və Qrenlandiyada fəaliyyətini genişləndirir
4 Fevral 2026 09:06   Paylaş

NATO Arktika regionunda və Qrenlandiya ətrafında alyansın iştirakını artırmaq məqsədi daşıyan “Arctic Sentry” adlı yeni missiya ilə bağlı hərbi planlaşdırma prosesinə start verib.

"Stabil.az" xəbər verir ki, bu barədə NATO-nun Avropada yerləşən hərbi qərargahının nümayəndəsi məlumat verib.

Hadisələrin bu cür inkişafı Rusiyanın Qrenlandiyada ABŞ raket sistemlərinin mümkün yerləşdirilməsi ilə bağlı bəyanatları fonunda baş verir. Moskva xəbərdarlıq edib ki, belə bir addım atılacağı halda cavab tədbirləri görə bilər.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen missiyanın planlaşdırılmasına başlanmasını çox vacib və müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Danimarka və Qrenlandiya uzun müddətdir regionda NATO-nun daha fəal iştirakına nail olmağa çalışır. Nazir Arktika və Şimali Atlantika bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsi üçün müttəfiqlərin birgə səylərinin vacibliyini vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, mümkün “Arctic Sentry” missiyası beynəlxalq vəziyyətin pisləşdiyi şəraitdə Qrenlandiyanın və ümumilikdə Arktika regionunun artan strateji əhəmiyyətini əks etdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol