NASA martda Aya astronavt göndərəcək
21 Fevral 2026 10:31   Paylaş

ABŞ Aerokosmik Agentliyi Artemis-2 missiyasını mart ayında reallaşdırmağı hədəfləyir.

"Stabil.az" xəbər verir ki, bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat yayıb.

“Qış simulyasiyaları uğurla başa çatdığı üçün biz martın 6-da raketi buraxa bilərik. Lakin bir məsələdə açıq danışacam: bu tarix hər an dəyişilə bilər” – deyə Qleyz vurğulayıb.

Start Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın ilk astronavtları Aya ilk dəfə təxminən 50 il əvvəl ayaq basıblar. Artemis-2 missiyasında isə Yerin təbii peykinə eniş planlşdırılmır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol