NASA Blue Origin raketinin partlayışının ehtimal olunan səbəbini açıqlayıb
6 İyul 2026 12:04   Paylaş

NASA rəhbəri Cared Ayzekmanın sözlərinə görə, "Blue Origin"in "New Glenn" ağır raketinin may ayındakı partlayışı ehtimal ki, mühərrik nasazlıqlarından qaynaqlanıb.

"Stabil.az"ın məlumatına görə, o, bu barədə CBS telekanalının efirində bildirib.

"NASA bu prosesdə lap əvvəldən iştirak edib. Biz "Blue Origin" üçün müvafiq mütəxəssislərin müəyyənləşdirilməsinə kömək etdik. Biz raketlə bağlı fövqəladə halının araşdırılmasına kömək edirik", - Ayzekman deyib.

Onun sözlərinə görə, "Blue Origin"in mütəxəssisləri artıq mühərrikin mümkün problemlərinə diqqət yetirirlər.

"Onlar bu fövqəladə vəziyyətlə məşğul olacaqlar. Onlar mühərriki, buraxılış meydançasını təmir edəcək və raket buraxılışlarını bərpa edəcəklər. NASA buna kömək edəcək", - ABŞ-nin kosmik idarəsinin rəhbəri əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol