"Napoli" Antonio Konte ilə yolları ayıra bilər
"Napoli" komandasına rəhbərlik edən Antonio Kontenin baş məşqçi postu ilə vidalaşması gözlənilir.
"Stabil.az" "II Mattino" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis tezliklə klub prezidenti Aurelio De Laurentislə görüşəcək.
Şərtləri yerinə yetirilməsə, A.Konte Neapol təmsilçisindən ayrılmaq niyyətindədir. O, bu məsələdə güzəştə getmək fikrində deyil.
Klub rəhbərliyi isə heyəti əhəmiyyətli dərəcədə yeniləməyi planlaşdırır.
Xatırladaq ki, Antonio Konte 2024-cü ildən "Napoli"də işləyir. O, 2024/2025 mövsümündə komanda ilə İtaliya A Seriyasının qalibi olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





