Myanmada partlayıcı maddələr anbarında güclü partlayış baş verib
1 İyun 2026 17:15   Paylaş

Myanmanın şimal-şərqində, Çin sərhədi yaxınlığında partlayıcı maddələrin saxlanıldığı anbarda baş verən güclü partlayış insan tələfatına səbəb olub.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 55 nəfər həlak olub, onlarla insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Partlayış, həmçinin 100-dən çox yaşayış binasına ciddi zərər vurub.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Hadisənin dəqiq səbəbi məlum olmasa da, təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi güman edilir.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən üsyançı qruplar maliyyə təminatlarını qiymətli mineralların çıxarılması ilə həyata keçirir və zəif təhlükəsizlik tədbirləri tez-tez mədən çökmələri və digər qəzalarla nəticələnir. Hadisənin baş verdiyi ərazi zəngin yaqut mədənləri ilə məşhurdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol