Münxendə G7 ölkələri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
16 Fevral 2026 09:42   Paylaş

G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Stabil.az" xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra yayılan birgə bəyanatda bildirilib.

ABŞ Dövlət Departamenti tərəfindən dərc olunan sənədə əsasən, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər.

Görüş zamanı nazirlər İsrail ilə HƏMAS arasında atəşkəsin tam şəkildə həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Bəyanatda həmçinin iştirakçıların İranın nüvə proqramı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi apardıqları qeyd edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol