Münxen Təhlükəsizlik Konfransında Rubio Çin XİN rəhbəri ilə görüşüb
14 Fevral 2026 11:29   Paylaş

Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

"Stabil.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Görüş zamanı tərəflər müxtəlif sahələrdə dialoqu və əməkdaşlığı gücləndirmək, həmçinin Çin-ABŞ münasibətlərinin davamlı inkişafını təşviq etmək barədə razılığa gəliblər.

“Çinlə ABŞ qarşılıqlı hörmət və fayda prinsiplərinə əməl etdiyi müddətcə, tərəflər bir-birinin narahatlıqlarını həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün yollar tapa biləcəklər”, - Çin XİN rəsmisi qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol