Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə vəziyyəti qiymətləndirib
17 Aprel 2026 09:42   Paylaş

Müdafiə Nazirliyinin rəhbərliyi xidmət edən şəxsi heyətlə görüş zamanı onların problemləri və təminatı ilə maraqlanıb, həmçinin mövcud sosial-məişət şəraitini nəzərdən keçirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur.

Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinin daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb.

Sonda hərbi hissənin təlim şəhərciyində olan heyət hazırlıq məşğələlərinin keçirilməsini izləyib, artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə də maraqlanıb.

News about - Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə vəziyyəti qiymətləndirib

News about - Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə vəziyyəti qiymətləndirib

News about - Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə vəziyyəti qiymətləndirib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol