Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
25 İyun 2026 16:44   Paylaş

Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol