Müdafiə Nazirliyi: Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları zərərsizləşdiriləcək
2 Fevral 2026 14:15   Paylaş

Pirəkəşkül qəsəbəsi və Ağdərə rayonunda 2–6 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığında yerləşən poliqonda, eləcə də Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

Müdafiə Nazirliyi partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağıraraq, narahatlıq üçün heç bir əsasın olmadığını diqqətə çatdırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol