Müdafiə Nazirliyi gənc əsgərlərlə görüş qaydalarını açıqladı
12 Fevral 2026 18:15   Paylaş

Fevral ayında gənc əsgərlərlə görüşlər yalnız 15 və 22 fevral tarixlərində keçiriləcək.

"Stabil.az"ın məlumatına görə, bu barədə rəsmi açıqlama Müdafiə Nazirliyindən verilib.

Görüşlər yalnız şəxsiyyət vəsiqəsini təqdim edən yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey qardaş və bacılara icazə veriləcək.

Nazirlik qeyd edib ki, şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol